...

SOCAR dəniz yatağında quyunu istismara verib

Energetika Materials 27 Avqust 2015 17:39 (UTC +04:00)
SOCAR şirkəti “Günəşli” yatağındakı 80 nömrəli quyunu geoloji tədbirdən sonra istismara verib.
SOCAR dəniz yatağında quyunu istismara verib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Maksim Tsurkov/

SOCAR şirkəti "Günəşli" yatağındakı 80 nömrəli quyunu geoloji tədbirdən sonra istismara verib. Trend bu barədə şirkətin saytında dərc olunan xəbərə istinadən məlumat verir.

"Günəşli" yatağındakı 13 nömrəli dərin dəniz özülündən 80 nömrəli quyu aparılıb, geoloji tədbirdən sonra istismara verilib. Quyu qirməki Üstü Qumlu Lay Dəstəsindən, 3075-3052 metr intervaldan sutkalıq 100 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti