...

Türkiyənin "Petkim" şirkəti istehsal gücünü artırır (VİDEO)

Energetika Materials 31 Avqust 2015 14:25 (UTC +04:00)
Türkiyənin "Petkim" neft-kimya kompleksi ildə istehsal gücünü 3,2 milyon tondan 3,6 milyon tonadək artırıb.
Türkiyənin "Petkim" şirkəti istehsal gücünü artırır  (VİDEO)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Maksim Tsurkov/

Türkiyənin "Petkim" neft-kimya kompleksi ildə istehsal gücünü 3,2 milyon tondan 3,6 milyon tonadək artırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri Kənan Yavuz deyib.

Onun sözlərinə görə, Türkiyədə "Petlim" konteyner limanı 2016-cı ilin yanvarında konteynerləri qəbul etməyə başlayacaq: ""Petlim" konteyner limanı Türkiyənin üçüncü iri limanı, Egey dənizinin isə ən iri limanı olacaq. O, 11 min konteynerədək yükgötürmə qabiliyyətinə malik iri konteyner gəmilərini qəbul edə biləcək. Limanın tikintisinə 400 milyon dollar həcmində investisya qoyulub, onun 300 milyonu "Petkim"ə məxsusdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti