...

Azərbaycanda benzinin qiyməti ucuzlaşır?

Energetika Materials 3 Sentyabr 2015 14:45 (UTC +04:00)
Tarif Şurası dünya bazarlarında neftin qiymətlərinin azalmasının davam etməsinə baxmayaraq, ölkədə benzinin ucuzlaşması üçün əsas görmür.
Azərbaycanda benzinin qiyməti ucuzlaşır?

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Tarif Şurası dünya bazarlarında neftin qiymətlərinin azalmasının davam etməsinə baxmayaraq, ölkədə benzinin ucuzlaşması üçün əsas görmür. Bunu Trend-ə Tarif Şurasından deyiblər.

Bu, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı benzin olmasından irəli gəlir.

Şuradan bildiriblər ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən xərclər və s.) dəyişməyib: "Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurasl bu markanın qiymətini tənzimləmir".

Qeyd edək ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 litrə görə 0,7 manat, "Premium Evro-95" markanın isə 0,95 manat səviyyəsində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti