...

SOCAR Avstriya şirkəti ilə bir sıra sazişlər imzalayacaq

Energetika Materials 4 Oktyabr 2015 17:18 (UTC +04:00)
SOCAR Avstriyanın "Poerner GmbH" şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) bitum qurğusunun tikintisi üzrə üç saziş imzalayacaq.
SOCAR Avstriya şirkəti ilə bir sıra sazişlər imzalayacaq

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR Avstriyanın "Poerner GmbH" şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) bitum qurğusunun tikintisi üzrə üç saziş imzalayacaq. Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Onun sözlərinə görə, "Poerner" NEZ-də yeni bitum qurğusunun tikintisinin baza layihələndirilməsi üzrə işə başlayıb: "Şirkətlə üç sənəd - mühəndis, lisenziya və zəmanət sazişləri imzalanacaq".

Mənbə qeyd edib ki, sazişi yaxın vaxtlarda imzalamaq planlaşdırılır, lakin onun ümumi məbləğini açıqlamayıb.

Yeni bitum qurğusunun gücü ildə 400 min ton olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti