...

Qubanın Küçeyi kəndinə qaz verilib

Energetika Materials 3 Oktyabr 2015 15:27 (UTC +04:00)
Bu gün Quba rayonunun Küçeyi kəndinə yenidən təbii qazın verilişi münasibətilə tədbir keçirilib.
Qubanın Küçeyi kəndinə qaz verilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bu gün Quba rayonunun Küçeyi kəndinə yenidən təbii qazın verilişi münasibətilə tədbir keçirilib.

Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Mikayıl İsmayılov və Bədəl Bədəlov, Quba rayon İcra Hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə məruzə edilib ki, 202 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 414 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 202 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən R.Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb və qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin "mavi yanacaq"la intensiv şəkildə təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.

SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti