...

Sabirabadın Xəlifəli kəndinə qaz verilib

Energetika Materials 5 Oktyabr 2015 18:25 (UTC +04:00)
Bu gün Sabirabad rayonunun Xəlifəli kəndinə ilk dəfə təbii qaz verilib.
Sabirabadın Xəlifəli kəndinə qaz verilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Bu gün Sabirabad rayonunun Xəlifəli kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilən mərasimdə "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər. Bildirilib ki, Xəlifəli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 59 min metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 459 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti