...

"Neft Daşları"ndakı yeni quyudan sutkada 10 ton neft çıxacaq

Energetika Materials 9 Oktyabr 2015 17:00 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2613 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları"ndakı yeni quyudan sutkada 10 ton neft çıxacaq

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

"Neft Daşları" yatağındakı 418 A nömrəli estakadayanı meydançadan 2613 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 960-952 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti