...

Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq - xüsusi nümayəndə

Energetika Materials 10 Oktyabr 2015 05:25 (UTC +04:00)
Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq, hətta Rusiyadan qaz kəməri vasitəsi ilə tranzit artacağı halda belə
Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq - xüsusi nümayəndə

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq, hətta Rusiyadan qaz kəməri vasitəsi ilə tranzit artacağı halda belə.

Trend-in məlumatına görə, bu barədə "Novosti Qruziya"ya müsahibəsində Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Gürcüstan 2007-ci ildən Rusiyadan qaz almır, əsas tədarükçü Azərbaycandır. Lakin Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür.

"Əgər tranzit həcmi artarsa, və biz daha çox qaz alarıqsa, mən bunda pis bir şey görmürəm. Azərbaycan bu baxımdan bizim strateji tərəfdaşımızdır və bu belə olaraq qalacaq", - deyə Abaşidze bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti