...

"SOCAR Trading" "Platts Global Energy Awards"-ın finalçısı olub

Energetika Materials 13 Oktyabr 2015 18:34 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkəti "Platts Global Energy Awards 2015" müsabiqəsinin finalçısı olub.
"SOCAR Trading" "Platts Global Energy Awards"-ın finalçısı olub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkəti "Platts Global Energy Awards 2015" müsabiqəsinin finalçısı olub.

SOCAR Trading-dən Trend-ə verilən məlumata görə, şirkət sənaye sahəsində nümunəvi idarəçiliyin həyata keçirilməsi və innovasiya nailiyyətlərini qeyd edən illik proqram - "Platts Global Energy Awards" müsabiqəsinin finalçısı olub.

2015-ci ildə finalçılar 4 qitənin 30 ölkəsini təmsil edən 200-yə yaxın namizəd arasından seçilib.

Şirkətdən bildirilib ki, "SOCAR Trading" bu il "İlin strateji razılaşması" nominasiyasında mükafat uğrunda mübarizə aparır.

"Platts Global Energy Awards" 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. O, dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətini əhatə edir.

Məlumatda deyilir: "Dünyanın enerji sənayesinin yüzlərlə nümayəndəsi, o cümlədən "SOCAR" şirkətinin nümayəndələri "Platts Global Energy Awards 2015"-də iştirak etmək üçün dekabrın 9-da Nyu-Yorkda toplaşacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti