...

Ölkədə qazsız kənd qalmayacaq

Energetika Materials 24 Noyabr 2015 18:31 (UTC +04:00)
Ağdaş, Yardımlı, Yevlax və Goranboy rayonlarının daha 8 kəndinə təbii qaz verilib.
Ölkədə qazsız kənd qalmayacaq

Bakı. Trend:

Noyabrın 24-də Ağdaş, Yardımlı, Yevlax və Goranboy rayonlarının daha 8 kəndinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağdaş rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 210 abonenti olan Qoşaqovaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 39 327 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Yardımlı rayonunun 120 abonentlik Bürzümbül kəndinin ilk dəfə qazlaşdırılması münasibətilə keçirilmiş tədbirdə qeyd olunub ki, bu məqsədlə 11 395 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

24 noyabr tarixi yevlaxlılar üçün də əlamətdar olub. Belə ki, rayonun 105 abonenti olan Aşağı Bucaq kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 13 527 metrlik daşıyıcı və məhəllədaxili metal boru xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.

Həmin gün Goranboy rayonunun Veyisli yaşayış massivi və Əzizbəyov kəndi ilk dəfə qazlaşdırılıb, Azad, Dəyirmanlar və Bağçakürd kəndlərinin qaz təchizatı isə bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirlərdə bildirilib ki, ümumilikdə 1002 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında təxminən 62,6 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1002 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti