...

Daha 8 kənddə "mavi alov" şölələndi

Energetika Materials 25 Noyabr 2015 15:47 (UTC +04:00)
Noyabrın 25-də Ağstafa, Qəbələ və Tovuz rayonlarının daha 8 kəndinə təbii qaz verilib.
Daha 8 kənddə "mavi alov" şölələndi

Bakı. Trend:

Noyabrın 25-də Ağstafa, Qəbələ və Tovuz rayonlarının daha 8 kəndinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tovuz rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 80 abonentlik Qaradaş kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 042 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Həmin gün Qəbələ rayonunun dörd kəndində də ilk dəfə "mavi alov" şölələnib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə 1163 abonenti olan Yengicə, Tüntül, Nohurqışlaq və Vəndam kəndlərinin qazlaşdırılması zamanı 154 427 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağstafa rayonunun Köçvəlli, Həzi Aslanov və Soyuqbulaqlar kəndləri isə uzun sürən fasilədən sonra yenidən qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş mərasimlərdə vurğulanıb ki, 312 abonenti olan kəndlərin qazlaşdırılması zamanı ümumilikdə 25 876 metr uzunluğunda metal boru xətləri çəkilib, 312 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti