...

Azərbaycan OPEK-dən sensasiyalı qərarlar gözləmir

Energetika Materials 27 Noyabr 2015 16:05 (UTC +04:00)
Azərbaycan OPEK-in dekabrda keçiriləcək iclasında heç bir sensasiyalı qərarlar gözləmir.
Azərbaycan OPEK-dən sensasiyalı qərarlar gözləmir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan OPEK-in dekabrda keçiriləcək iclasında heç bir sensasiyalı qərarlar gözləmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, neftin hasilat səviyyəsi baxımından da heç bir qərar gözləməyə dəyməz, çox güman ki, hasilat əvvəlki səviyyədə qalacaq: "Neftin qiymətini artırmaq üçün OPEK hasilatı azaltmalıdır, lakin bu baş vermir".

Nazir qeyd edib ki, Azərbaycan neft hasilatını azaltsa belə, bu, dünya bazarında qiymətlərə təsir etməyəcək: "Üstəlik, bu qərar "Azəri-Çıraq-Günəşli" yataqlar blokunu işlədən beynəlxalq şirkətlər konsorsiumu tərəfindən qəbul edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti