...

Azərbaycan "qaz OPEK"-inə üzv olmağa tələsmir

Energetika Materials 27 Noyabr 2015 16:43 (UTC +04:00)
Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum – GECF) bərabərhüquqlu üzv qismində daxil olmağa tələsmir.
Azərbaycan "qaz OPEK"-inə üzv olmağa tələsmir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum - GECF) bərabərhüquqlu üzv qismində daxil olmağa tələsmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, indiki mərhələdə Azərbaycanın Forumda bərabərhüquqlu üzvlüyü ölkəyə heç nə verməyəcək: "Məsələ burasındadır ki, təşkilatın qərarı tövsiyə xarakteri daşıyır və qaz bazarına təsir etmək gücündə deyil".

Nazir qeyd edib ki, hazırda Foruma bərabərhüquqlu üzv olmağa ehtiyac yoxdur və Azərbaycan bu məsələ ilə bağlı tələsmir: "Gələn il Forumda müşahidəçi qismində iştirak edəcəyik, sonra isə gələcək statusla bağlı qərar verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti