...

"Azəristiliktəchizat" ilin sonunadək cari qaz borcunu ödəyəcək

Energetika Materials 1 Dekabr 2015 12:11 (UTC +04:00)
"Azəriqaz" İstehsalat birliyi və "Azəristiliktəchizat" ASC istilik operatorunujn borcunun mərhələli ödənilməsi barədə razılığa gəliblər.
"Azəristiliktəchizat" ilin sonunadək cari qaz borcunu ödəyəcək

Bakı. Maksim Tsurkov - Trend:

"Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC istilik operatorunun borcunun mərhələli ödənilməsi barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bunu "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyev deyib.

Onun sözlərinə görə, ASC-nin borcunun bir hissəsi artıq ödənilib: "Cari il üçün borc 8,4 milyon manat təşkil edir. Bu məbləğin 3 milyonu artıq ödənilib. Biz ilin sonunadək borcun ödənilməsini gözləyirik".

Ə.Hacıyev qeyd edib ki, "Azəriqaz" daha qazanxanalara qazın verilişini məhdudlaşdırmağı planlaşdırmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti