...

OPEK neft hasilatı üzrə kvotanı artırdı

Energetika Materials 4 Dekabr 2015 19:26 (UTC +04:00)
OPEK sutkalıq neft hasilatı üzrə kvotanı artırıb.
OPEK neft hasilatı üzrə kvotanı artırdı

Bakı. Trend:

OPEK sutkalıq neft hasilatı üzrə kvotanı artırıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, təşkilatın Vyanada keçirilən 168-ci iclasında sutkalıq neft hasilatının 31,5 milyon barelədək artırılması haqqında qərar qəbul edilib.

Bu kvotada təşkilata üzv qəbul ediləcək İndoneziya nəzərə alınmayıb.

OPEK-in bu qərarından sonra Londonun LSE birjasında neftin bir barelinin qiyməti 1,5 dollar azalıb.

Xatırladaq ki, bundan əvvəlki kvota 30 milyon barel idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti