...

Avropa Komissiyası: SOCAR-ın DESFA-da pay alması məsələsi həll edilib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 25 Yanvar 2016 11:38 (UTC +04:00)
SOCAR-ın Yunanıstanın DESFA qazpaylayıcı operatorunda pay əldə etməsi üzrə bütün məsələlər demək olar ki, həll edilib.
Avropa Komissiyası: SOCAR-ın DESFA-da pay alması məsələsi həll edilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:38-də yayımlanıb)

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR-ın Yunanıstanın DESFA qazpaylayıcı operatorunda pay əldə etməsi üzrə bütün məsələlər demək olar ki, həll edilib.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç "EurActiv"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, indiki mərhələdə Avropa Komissiyasının bu saziş məsələsi üzrə narahatlığı üçün heç bir səbəb yoxdur: "Saziş bağlananda DESFA özəlləşməyə, SOCAR isə sərmayə qoymağa hazır idi. Avropa Komissiyası belə hallarda bazardakı cari və gələcək vəziyyəti həmişə qiymətləndirir ki, bütün sahələrdə lazımi rəqabətin mövcudluğuna əmin olsun. Buna görə də sazişin şərtləri, SOCAR-ın payı və payların bölüşdürülməsi müzakirə olundu. Hesab edirəm ki, bu məsələlər demək olar ki, həll edilib. Tərəflər danışıqlar aparır və indiki mərhələdə narahatlıq üçün səbəb yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti