...

Növbə Səngəçala çatdı

Energetika Materials 9 Fevral 2016 17:52 (UTC +04:00)
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Növbə Səngəçala çatdı

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Səngəçal" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti