...

BP bu il Azərbaycanda qaz hasilatını ötən ilki səviyyədə saxlayacaq

Energetika Materials 11 Fevral 2016 11:29 (UTC +04:00)
"BP-Azerbaijan" şirkəti 2016-cı ildə Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatının səviyyəsini ötən ilin səviyyəsində saxlamağı planlaşdırır.
BP bu il Azərbaycanda qaz hasilatını ötən ilki səviyyədə saxlayacaq

Bakı. Maksim Tsurkov - Trend:

"BP-Azerbaijan" şirkəti 2016-cı ildə Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatının səviyyəsini ötən ilin səviyyəsində saxlamağı planlaşdırır. Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Qordon Birrell "Natural Gas Europe"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il "Şahdəniz"dən təqribən 10 milyard kubmetr qaz və 2,3 milyon ton kondensat hasil edilib: "Gözləyirik ki, 2016-cı ildə hasilat belə yüksək səviyyədə qalacaq".

Qeyd edək ki, "Şahdəniz" yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti