...

SOCAR Türkiyədə maye təbii qazın satışı üzrə lisenziyanı bərpa edib

Energetika Materials 11 Fevral 2016 13:17 (UTC +04:00)
"SOCAR Turkey LNG Satıs AS" Türkiyədə maye təbii qazın satışı üzrə 30 il müddətinə lisenziya alıb.
SOCAR Türkiyədə maye təbii qazın satışı üzrə lisenziyanı bərpa edib

Bakı. Azad Həsənli - Trend:

"SOCAR Turkey LNG Satıs AS" Türkiyədə maye təbii qazın satışı üzrə 30 il müddətinə lisenziya alıb. Bu barədə Trend Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumuna (EPDK) istinadən məlumat verir.

Lisenziya şirkətə 28 yanvar 2016-cı il tarixində verilib.

Qeyd edək ki, EPDK ötən ilin dekabrında "SOCAR Turkey LNG Satis AS"-ın maye təbii qazın idxalı üçün lisenziyasını ləğv etmişdi.

Lisenziya 2014-cü il martında 30 il müddətinə verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti