...

"SOCAR Trading" Hyustonda ofis açmaq istəyir

Energetika Materials 23 Fevral 2016 20:21 (UTC +04:00)
SOCAR-ın ticarət evi olan "SOCAR Trading" şirkəti ABŞ-ın Hyuston şəhərində ofis açmağı planlaşdırır.
"SOCAR Trading" Hyustonda ofis açmaq istəyir

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR-ın ticarət evi olan "SOCAR Trading" şirkəti ABŞ-ın Hyuston şəhərində ofis açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Reuters-ə müsahibəsində şirkətin icraçı direktoru Arzu Əzimov deyib.

A.Əzimov qeyd edib ki, ofis ABŞ-da və onun hüdudlarından kənarda neft və neft məhsulları üzrə ticarət əməliyyatlarının aparılması məqsədilə açılacaq: "Bizim Kanadanın Kalqari şəhərində ABŞ və Kanada arasında ticarət imkanlarını öyrənən ofisimiz də var".

Qeyd edək ki, mənzil-qərargahı Cenevrədə olan "SOCAR Trading" 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti