...

Maroş Şefçoviç: Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsində həlledici rol oynayır

Energetika Materials 26 Fevral 2016 17:58 (UTC +04:00)
Xəzər regionu və Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayacaq.
Maroş Şefçoviç: Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsində həlledici rol oynayır

Bakı. Aygün Bədəlova - Trend:

Xəzər regionu və Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayacaq. Bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsində deyib.

M.Şefçoviç fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ikinci iclasında iştirak edəcək.

Vitse-prezident bildirib: "Bütün strateji sənədlərimizdə "Cənub Qaz Dəhlizi" çox vacib şaxələndirmə marşrutu qismində qeyd edilir. Bu layihə Avropa üçün yeni marşrut, yeni mənbə, yeni qaz tədarükçülərini təmin edir. Buna görə də bu layihəni çox dəstəkləyirik. "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritet statusu almış ümumi maraqlara xidmət edən layihələr siyahımıza daxil edilib".

M. Şefçoviç vurğulayıb ki, Avropa Komissiyası layihənin reallaşdırılmasının gedişini çox diqqətlə izləyir: "Hər şeyin qrafikə uyğun getməsindən çox razıyıq, bunun sayəsində Xəzər qazı Avropaya gözlənildiyindən tez çata bilər".

O, əlavə edib ki, Azərbaycan və Türkiyə bu layihədə tamamilə həlledici rola malikdirlər.

M.Şefçoviçin sözlərinə görə, Məşvərət Şurasının mütəmadi iclasları irəliləyişi izləməyə və mümkün çətinlikləri maksimum tez həll etməyə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti