...

Neftçalanın daha bir kəndinə ilk dəfə təbii qaz verildi

Energetika Materials 7 Mart 2016 18:24 (UTC +04:00)
Martın 7-də Neftçala rayonunun Xol Qarabucaq kəndinə ilk dəfə təbii qaz verilib.
Neftçalanın daha bir kəndinə ilk dəfə təbii qaz verildi

Bakı. Trend:

Martın 7-də Neftçala rayonunun Xol Qarabucaq kəndinə ilk dəfə təbii qaz verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 233 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 36451 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti