...

Azərbaycan neftinin qiymətləri: 7-11 mart həftəsinin yekunları

Energetika Materials 12 Mart 2016 14:10 (UTC +04:00)
Ötən həftə (7-11 mart) ərzində Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 40,73 dollar/barel təşkil edib
Azərbaycan neftinin qiymətləri: 7-11 mart həftəsinin yekunları

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (7-11 mart) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 40,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,3 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 41,45, minimum isə 40,24 dollar/barel təşkil edib.

7-11 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 36,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 3,31 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 37,34, minimum isə 36,08 dollar/barel olub.

7-11 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 39,16 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,98 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 39,91 dollar, minimum isə 38,59 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti