...

Azərbaycan dünya neft qiymətlərinin sabitləşdirilməsi üzrə qərarı dəstəkləyəcək

Energetika Materials 11 Aprel 2016 17:07 (UTC +04:00)
Azərbaycan aprelin 17-də Dohada (Qətər) neft istehsalçısı ölkələrinin görüşündə qəbul ediləcək dünya neftin qiymətlərinin sabitləşməsinə yönəldilmiş qərarı dəstəkləyəcək.
Azərbaycan dünya neft qiymətlərinin sabitləşdirilməsi üzrə qərarı dəstəkləyəcək

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan aprelin 17-də Dohada (Qətər) neft istehsalçısı ölkələrinin görüşündə qəbul ediləcək dünya neftin qiymətlərinin sabitləşməsinə yönəldilmiş qərarı dəstəkləyəcək. Bunu Trend-ə Azərbaycan Energetika Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, Dohada keçiriləcək görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Qurumdan deyiblər ki, Azərbaycanın mövqeyi dünyada neft qiymətlərini sabitləşdirməyə imkan verəcək həll yollarını tapmaqdan ibarətdir.

Qeyd edək ki, OPEK-in iştirakçı ölkələrinin və digər dövlətlərin neft hasilatının həcmini yanvar səviyyəsində "dondurmaq" üzrə görüşü aprelin 17-də Dohada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti