...

“Azəriqaz” İB: 6 minə yaxın mənzilə texniki baxış keçirilib

Energetika Materials 14 Aprel 2016 09:20 (UTC +04:00)
2016-cı ilin mart ayında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 57713 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.
“Azəriqaz” İB: 6 minə yaxın mənzilə texniki baxış keçirilib

Bakı. Trend:

2016-cı ilin mart ayında "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 57713 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcəkdir. "Azəriqaz" İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti