...

Bakı Ali Neft Məktəbində bərpa olunan enerjiyə həsr olunmuş beynəlxalq seminar keçirilib

Energetika Materials 22 Aprel 2016 13:36 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əməkdaşlıq haqqında razılaşma imzaladı.
Bakı Ali Neft Məktəbində bərpa olunan enerjiyə həsr olunmuş beynəlxalq seminar keçirilib

Bakı. Trend:

Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Tədbirdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Arzu Hüseynova, Azərbaycanda səfərdə olan ABŞ-ın Bərpa Olunan Enerji Şurasının Tərəfdaşlarla əlaqələr üzrə vitse-prezidenti Tom Weirich, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat sektorunun nümayəndəsi Syed Zeenat, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onlara Ali Məktəbdə yaradılan yeni strukturlar, kampusdaki laboratoriya təchizatları, BANM-in beynəlxalq əlaqələri, o cümlədən beynəlxalq şirkətlərlə əməkdaşlıq istiqamətləri haqqında danışıb. Elmar Qasımov ölkəmizin qeyri-neft sektorunun inkişafına dəyərli töhfələr vermək məqsədilə Ali Məktəbin strukturunda Bərpa olunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin yaradıldığını xatırladaraq BANM-də mütəxəssis hazırlığının planlaşdırıldığı "Bərpa olunan enerji mühəndisliyi" ixtisası üzrə universal mühəndis kadrların yetişdirilməsinin nəzərdə tutulduğunu bildirib. Rektor BANM ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında qurulan əməkdaşlığın bərpa olunan və alternativ enerji mühəndisliyi sahəsində müasir təhsil proqramı əsasında yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasına və "ömürboyu təhsil" konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcəyinə əminlik ifadə edib.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Azərbaycanın ən qabaqcıl təhsil ocağı sayılan BANM-lə əməkdaşlıqdan məmnunluğunu bildirib. O, yaradılan əməkdaşlığın BANM-in kampusunda Bərpa olunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, "Bərpa olunan enerji mühəndisliyi" ixtisası üzrə mühəndis kadrların hazırlanması layihəsinə və bu istiqamətdə digər işlərin həyata keçirilməsinə geniş imkanlar yaradacağını bildirib.

ABŞ-ın Bərpa Olunan Enerji Şurasının Tərəfdaşlarla əlaqələr üzrə vitse-prezidenti Tom Vayrix Azərbaycanda və ölkənin ən nüfuzlu ali təhsil ocağı olan BANM-də olmasından məmnunluğunu bildirib. Tom Vayrix ABŞ-ın Bərpa Olunan Enerji Şurasında 10 ildən artıq çalışdığını diqqətə çatdırıb. BANM-də Bərpa olunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin yaradılmasını və bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirib.

Sonra Bakı Ali Neft Məktəbi və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Razılaşmaya əsasən, tərəflər arasında BANM-in tələbələri üçün Agentliyin tabeliyində olan obyektlərə tanışlıq səfərlərinin təşkili, istehsalat təcrübələrinin təşkilinə şəraitin yaradılması, bərpa olunan və alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması, Agentliyin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına bərpa olunan və alternativ enerji ilə bağlı məruzələrin təqdim edilməsi, bərpa olunan və alternativ enerji məsələlərinə həsr olunmuş seminar və konfransların birgə təşkili və digər məsələlər haqqında razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti