...

"Neft Daşları" yatağında yeni quyu qazılır

Energetika Materials 26 Aprel 2016 15:12 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 1954A saylı meydançadan 2683 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Neft Daşları" yatağında yeni quyu qazılır

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 1954A saylı meydançadan 2683 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1540 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti