...

SOCAR Xəzərdə yeni neft quyusunu istismara verdi

Energetika Materials 29 Aprel 2016 15:57 (UTC +04:00)
Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 20 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib.
SOCAR Xəzərdə yeni neft quyusunu istismara verdi

Bakı. Maksim Tsurkov - Trend:

Bu günlərdə "Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündən 20 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 771-688 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti