...

Rövnəq Abdullayev Şəkinin Aşağı Göynük kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

Energetika Materials 30 Aprel 2016 14:24 (UTC +04:00)
Aprelin 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şəki rayonunun Aşağı Göynük kəndinə təbii qaz verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş təntənəli mərasimdə iştirak edib.
Rövnəq Abdullayev Şəkinin Aşağı Göynük kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

Bakı. Trend:

Aprelin 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şəki rayonunun Aşağı Göynük kəndinə təbii qaz verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş təntənəli mərasimdə iştirak edib.

Trend-in Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlovun, Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, "Azəriqaz" İB rəhbərliyinin və rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə R.Abdullayevə məlumat verilib ki, 651 abonenti olan Aşağı Göynük kəndinin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 58 117 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran SOCAR-ın prezidenti bu əlamətdar hadisə münasibətilə sakinləri təbrik edib, kənddəki mənzillərdən birində olub, ev sahibləri ilə söhbət edib, onlara ən xoş arzularını çatdırıb.

Mərasimdə çıxış edən R.Abdullayev bildirib ki, son illər Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlər çərçivəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə "mavi yanacaq"la təmin olunur. Cari ilin 4 ayı ərzində ölkənin 78 yaşayış məntəqəsinə təbii qaz verildiyini vurğulayan SOCAR-ın prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə yenidən təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti