...

Goranboy və Samuxun kəndlərində qaz olmayacaq

Energetika Materials 2 May 2016 20:15 (UTC +04:00)
Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Goranboy və Samuxun kəndlərində qaz olmayacaq

Bakı. Trend:

Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 3-də saat 10:00-dan işlər başa çatana qədər "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Borsunlu", "Dəliməmmədli" və "Ağasıbəyli" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli və Borsunlu, həmçinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli, 1 may və Şəmsizadə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti