...

Oğuzun Tərkeş kəndinə ilk dəfə təbii qaz verildi

Energetika Materials 4 May 2016 16:55 (UTC +04:00)
Mayın 4-də Oğuz rayonunun Tərkeş kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Oğuzun Tərkeş kəndinə ilk dəfə təbii qaz verildi

Bakı. Trend:

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 4-də Oğuz rayonunun Tərkeş kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 114 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 11947 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti