...

Yunanıstanda TAP kəmərinin təməli qoyuldu

Energetika Materials 17 May 2016 16:35 (UTC +04:00)
Yunanıstanın Saloniki şəhərində Transadriatik boru kəmərinin (TAP) təməlinin qoyulması mərasimi keçirilib.
Yunanıstanda TAP kəmərinin təməli qoyuldu

Bakı. Maksim Tsurkov - Trend:

Yunanıstanın Saloniki şəhərində Transadriatik boru kəmərinin (TAP) təməlinin qoyulması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Azərbaycanın energetika naziri Natiq Əliyev, Yunanıstanın Baş naziri Aleksis Tsipras, Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis, Bolqarıstanın energetika naziri Temenujka Petkova və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti