...

Bolqarıstanın Baş naziri TAP layihəsinin əhəmiyyətindən danışdı

Energetika Materials 18 May 2016 16:38 (UTC +04:00)
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransının açılışında iştirak edib.
Bolqarıstanın Baş naziri TAP layihəsinin əhəmiyyətindən danışdı

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransının açılışında iştirak edib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, 26 ölkədən 200-dən çox şirkətin qatıldığı sərgidə dünyanın nüfuzlu enerji qurumları sırasında SOCAR da təmsil olunur.

Şirkətin prezidenti sərgi çərçivəsində bir sıra rəsmi görüşlər keçirib. Tədbirdə iştirak edən Bolqarıstanın Baş naziri Boyko Borisovla görüşdə Daşkəndə Salonikidən gəldiyini bildirən R.Abdullayev Trans-Adriatik boru kəmərinin (TAP) inşasına başlanılmasının Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında mühüm addım olduğunu söyləyib. B.Borisov TAP layihəsinin əhəmiyyətini vurğulayaraq, səhmdarlara, o cümlədən SOCAR-a uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti