...

Tərtərin daha bir kəndinə qaz verildi

Energetika Materials 20 May 2016 16:11 (UTC +04:00)
Mayın 20-də Tərtər rayonunun Kəbirli kəndinə təbii qazın verilişi bərpa edilib.
Tərtərin daha bir kəndinə qaz verildi

Bakı. Trend:

Mayın 20-də Tərtər rayonunun Kəbirli kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 179 abonenti olan kəndin birpilləli sistem əsasında yenidən qazlaşdırılması zamanı 12 927 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan kasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti