...

SOCAR və UNIPER birgə buxar turbogenerator qurğusunu tikəcəklər (ƏLAVƏ OLUNUB)

Energetika Materials 25 May 2016 12:02 (UTC +04:00)
SOCAR və Almaniyanın UNIPER şirkəti buxar turbogenerator qurğusunun istehsalı üzrə birgə müəssisə yaradacaqlar.
SOCAR və UNIPER birgə buxar turbogenerator qurğusunu tikəcəklər  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:02-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

SOCAR və Almaniyanın UNIPER şirkəti buxar turbogenerator qurğusunun istehsalı üzrə birgə müəssisə yaradacaqlar.

SOCAR-UNIPER birgə müəssisəsinin yaradılması barədə müvafiq sazişi bu gün Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və UNIPER-in prezidenti Klaus Şehfer imzalayıblar.

Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik pay bölgüsünə sahib olacaq.

Bundan başqa, tərəflər arasında yeni buxar turbogenerator qurğusunun tikintisi barədə ilkin layihə sazişi imzalanıb.

Mərasimdən sonra keçirilmiş brifinqdə R.Abdullayev qeyd edib ki, SOCAR-UNIPER birgə müəssisəsinin yaradılması üzrə layihənin dəyəri 26 milyon avro qiymətləndirilir.

Onun sözlərinə görə, birgə müəssisənin ilkin kapitalı 4 milyon avro təşkil edəcək və bu vəsaiti UNİPER qoyacaq: "SOCAR 2 milyon avro məbləğində avadanlıq təqdim edəcək. Qurğu 2018-ci ildə buxar istehsal etməyə başlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti