...

Türklərə qaz verildi

Energetika Materials 26 May 2016 19:46 (UTC +04:00)
Beyləqan, Qəbələ və Göyçay rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib.
Türklərə qaz verildi

Bakı. Trend:

28 May - Respublika Günü ərəfəsində Beyləqan, Qəbələ və Göyçay rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Beyləqan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 333 abonentlik Türklər qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16 708 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Qəbələ rayonunun Həmzəlli kəndinə də ilk dəfə təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, 473 abonenti olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 30 759 metr təşkil edən qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Göyçay rayonunun 82 abonentlik Qəbələ-Müskürlü kəndinə yenidən təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə isə vurğulanıb ki, qazlaşdırma işlərində ümumilikdə 9946 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, birpilləli sistem əsasında daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 82 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edən natiqlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti