...

Bazar konyukturası Azərbaycanın qaz layihələrinin dəyərini azaldıb

Energetika Materials 2 İyun 2016 11:30 (UTC +04:00)
Neftin qiymətinin aşağı düşməsi Azərbaycanda reallaşdırılan enerji layihələrinin dəyərini 5 milyard dollar ucuzlaşdırıb.
Bazar konyukturası Azərbaycanın qaz layihələrinin dəyərini azaldıb

Bakı. Ənvər Məmmədov - Trend:

Neftin qiymətinin aşağı düşməsi Azərbaycanda reallaşdırılan enerji layihələrinin dəyərini 5 milyard dollar ucuzlaşdırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, neftin qiymətinin düşməsi ilə əlaqədar yaranmış böhran Azərbaycan üçün müəyyən dərəcədə müsbət rol oynadı: "Neftin qiymətinin düşməsi bizim layihələrin dəyərinin azalmasına gətirib çıxardı. Məsələn, əvvəllər dəyəri 11 milyard dollar olan Transanadolu qaz kəmərinin (TANAP) dəyəri indi 9,3 milyard dollar, Transadriatik qaz kəmərinin (TAP) reallaşdırılmasının dəyəri - altı milyard dollar, Azərbaycanın "Şahdəniz" qaz yatağının işlənməsi layihəsinin ikinci fazası - 23,8 milyard dollar, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin dəyəri isə 4,9 milyard dollar təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti