...

Binəli Yıldırım: TANAP və TAP Avropanın enerji təhlükəsizliyi üçün vacib layihələrdir

Energetika Materials 3 İyun 2016 18:07 (UTC +04:00)
Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərləri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib layihələrdir.
Binəli Yıldırım: TANAP və TAP Avropanın enerji təhlükəsizliyi üçün vacib layihələrdir

Bakı. Trend:

Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərləri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib layihələrdir. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması məhz Azərbaycan və Türkiyə prezidentlərinin sayəsində mümkün oldu.

B. Yıldırım qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə vacib enerji layihələrini reallaşdırırlar.

Baş nazir, həmçinin Prezident İlham Əliyevi avqustun 26-da İstanbulda üçüncü körpünün açılış mərasiminə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti