...

"Günəşli"də daha bir quyu istismara verildi

Energetika Materials 10 İyun 2016 13:36 (UTC +04:00)
“Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə 301 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"də daha bir quyu istismara verildi

Bakı. Trend:

"Günəşli" yatağındakı 14 nömrəli dərin dəniz özülündə 301 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2842-2830 metr intervaldan sutkalıq 100 ton neft və 35 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti