...

Azərbaycan neftinin qiymətləri: 20-24 iyun həftəsinin yekunları

Energetika Materials 27 İyun 2016 12:48 (UTC +04:00)
Ötən həftə (20-24 iyun) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 50,46 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 20-24 iyun həftəsinin yekunları

Bakı. Ənvər Məmmədov - Trend:

Ötən həftə (20-24 iyun) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 50,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,18 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 51,05, minimum isə 49,41 dollar/barel təşkil edib.

20-24 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 46,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,88 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 46,81, minimum isə 45,01 dollar/barel olub.

20-24 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 48,39 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,92 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 48,89 dollar, minimum isə 47,48 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti