...

Neftimiz bahalaşıb

Energetika Materials 5 İyul 2016 13:42 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 50,42 dollar/barel təşkil edib.
Neftimiz bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 50,42 dollar/barel təşkil edib ki, bu da iyulun 1-nə olan göstəricidən 0,31 dollar/barel çoxdur. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 49,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,29 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 4-də 46,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 4-də 48,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti