...

Daha üç kəndə qaz verildi

Energetika Materials 5 İyul 2016 18:30 (UTC +04:00)
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, iyulun 5-də Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib.
Daha üç kəndə qaz verildi

Bakı. Trend:

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, iyulun 5-də Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bərdə rayonunun Qazıqurdalı və Dəymədağlı kəndlərinin qaz təchizatının bərpası ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 797 abonenti olan kəndlərin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 35 622 metrlik müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xəttləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Həmin gün Sabirabad rayonunun 242 abonentlik Əlicanlı kəndinə isə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə qazlaşdırma işləri zamanı ümumi uzunluğu 20 kilometrdən artıq polietilen və metal borularla qaz xətlərinin çəkildiyi vurğulanıb, qeyd olunub ki, hər bir abonent ayrıca sayğac və fərdi tənzimləyici ilə təchiz edilib.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti