...

SOCAR Turkey Energy-nin bəzi rəhbər şəxsləri istefa veriblər

Energetika Materials 28 İyul 2016 10:30 (UTC +04:00)
Türkiyədə hərbi çevriliş cəhdinə görə, SOCAR Turkey Energy şirkətinin bəzi rəhbər şəxsləri istefa veriblər.
SOCAR Turkey Energy-nin bəzi rəhbər şəxsləri istefa veriblər

Bakı. Trend:

Türkiyədə hərbi çevriliş cəhdinə görə, SOCAR Turkey Energy şirkətinin bəzi rəhbər şəxsləri istefa veriblər.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

İstefa verənlərin arasında SOCAR Turkey-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, kadrlar şöbəsinin rəhbəri İlqar Mehmetoğlu, informasiya texnologiyaları şöbəsinin rəhbəri Çetin Korkut və NPZ Star-ın kadrlar şöbəsinin rəhbəri Fuad Ulaqay var.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti