...

Bəzi rayonların qaz təchizatında məhdudiyyət olacaq

Energetika Materials 23 Avqust 2016 19:26 (UTC +04:00)
Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.
Bəzi rayonların qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.

SOCAR-dan Trend-ə verilən məlumata görə, sabah saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara Magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri həyata keçiriləcək.

Təmir müddətində Ağsunun Padar və Nəmirli, Lənkəranın Rvo, Narbağı və Qrumba, Lerikin Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.                              

Məqalədə:
Xəbər lenti

Xəbər lenti