Bakı. Trend:
Sabirabadın Muradbəyli kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.
Kənddə 139 abonentin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda rayonun Türkədi, Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.