...

Bakıətrafı qəsəbələr qazsız qalacaq

Energetika Materials 26 Avqust 2016 17:35 (UTC +04:00)
Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bakıətrafı qəsəbələr qazsız qalacaq

Bakı. Trend:

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, avqustun 29-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, “Maştağa”, “Nardaran” və “Bolqarıstan”, Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Bakı şəhəri Sabunçu rayonunun Maştağa, Nardaran, Zabrat-1, Zabrat-2, Bilgəh, Kürdəxanı, Pirşağı və Nardaran, həmçinin Samux rayonunun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti