...

Azərbaycan neftinin qiyməti: 22-26 avqust həftəsinin yekunları

Energetika Materials 29 Avqust 2016 15:17 (UTC +04:00)
Ötən həftə (22-26 avqust) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 50,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,2 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiyməti: 22-26 avqust həftəsinin yekunları

Bakı. Azad Həsənli - Trend:

Ötən həftə (22-26 avqust) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 50,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,2 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 51,414, minimum isə 49,81 dollar/barel təşkil edib.

22-26 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 46,602 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,08 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 47,12, minimum isə 45,82 dollar/barel olub.

22-26 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 48,914 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,174 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 49,54 dollar, minimum isə 48,11 dollar/barel olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti