...

Rövnəq Abdullayev: “Şahdəniz-2” üzrə işlərin 80 faizə qədəri tamamlanıb

Energetika Materials 20 Sentyabr 2016 11:51 (UTC +04:00)
“Şahdəniz-2” layihəsi üzrə işlərin 80 faizə qədəri tamamlanıb.
Rövnəq Abdullayev: “Şahdəniz-2” üzrə işlərin 80 faizə qədəri tamamlanıb

Bakı. Trend:

“Şahdəniz-2” layihəsi üzrə işlərin 80 faizə qədəri tamamlanıb.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində nəşr edilən məqaləsində deyib.

R.Abdullayev qeyd edib ki, cari ilin birinci yarısında “Şahdəniz-2” layihəsi üzrə işlər uğurla davam etdirilib:

"Hazırda layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 80 faizə qədəri tamamlanıb və ilk qazın nəql edilməsinə, həmçinin sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb. “Şahdəniz-2” Azərbaycan neft-qaz sənayesi tarixində bütün tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. Eyni zamanda bu layihə çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində sualtı infrastruktur yaradılır. Bunun üçün hazırda “Xankəndi” adlı sualtı əməliyyatlar üzrə ixtisaslaşmış xüsusi gəmi tikilir. Gəmi Bakıda, SOCAR-ın yeni gəmiqayırma zavodunda inşa olunur. Zavod “Xankəndi” layihəsini 2017-ci ilin əvvəllərində tamamlamağı planlaşdırır".

SOCAR prezidenti bildirib ki, bu zavod, həmçinin SOCAR-ın dənizdə neft-qaz əməliyyatlarının genişləndirilməsi məqsədilə inşa etdirdiyi müasir tələblərə cavab verən 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisində də fəal iştirak edib: "Dənizin 1000 metrədək dərinliklərində 12 min metr qazma gücünə malik qurğunun pantonlarının və üst göyərtələrinin inşası burada tikilib təhvil verilib. Maliyyələşdirilməsini Dövlət Neft Fondu ilə birgə həyata keçirdiyimiz qurğunun tikintisi gələn ilin əvvəlində başa çatdırılacaq, bununla da Xəzərdə apardığımız qazma işləri daha da intensivləşdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti