...

Neftin qiymətinin azalması SOCAR-a mane olmayıb (FOTO)

Energetika Materials 20 Sentyabr 2016 18:25 (UTC +04:00)
SOCAR dünyada neftin qiymətinin azalmasına baxmayaraq, heç bir layihəsinin reallaşdırılmasından imtina etməyib.
Neftin qiymətinin azalması SOCAR-a mane olmayıb (FOTO)

Bakı. Azad Həsənli – Trend:

SOCAR dünyada neftin qiymətinin azalmasına baxmayaraq, heç bir layihəsinin reallaşdırılmasından imtina etməyib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neftçilər Gününə həsr olunmuş mərasimdə deyib.

Onun sözlərinə görə, reallaşdırılması davam edən belə layihələrdən biri Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsidir: "Zavodda 4 qurğunun rekonstruksiyası üzrə işlər aparılacaq. Daha 12 qurğu tikiləcək. NEZ-in istehsal gücü ildə 7,5 milyon tona çatacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti