...

SOCAR Bakıda Neft Tullantılarının Utilizasiyası və İdarəedilməsi Mərkəzini istismara verib (FOTO)

Energetika Materials 23 Sentyabr 2016 15:21 (UTC +04:00)
SOCAR Bakının Qaradağ rayonunda müasir Neft Tullantılarının Utilizasiyası və İdarəedilməsi Mərkəzini istismara verib.
SOCAR Bakıda Neft Tullantılarının Utilizasiyası və İdarəedilməsi Mərkəzini istismara verib (FOTO)

Bakı. Maksim Tsurkov – Trend:

SOCAR Bakının Qaradağ rayonunda müasir Neft Tullantılarının Utilizasiyası və İdarəedilməsi Mərkəzini istismara verib.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və SOCAR rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Mərkəzin ümumi sahəsi 40 hektardır. Mərkəzin istehsal gücü ildə 100 min tondur. Burada 26 müxtəlif tullantı növünün utulizasiyası nəzərdə tutulub.

R.Abdullayev bildirib ki, neft tullantılarının idarəedilməsi mərkəzinin yaradılması SOCAR və BP-nin birgə ekoloji layihəsidir: "Bu müəssisə ən müasir avadanlıqla təchiz olunub. Layihənin reallaşdırılmasına 60 milyon manatdan çox vəsait xərclənib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti